RSS
İstifadəçi rəyi

□ Əssəlamu əleykum və rahmətullahi və bərakətuh. Mümkünsə, veb saytının yuxarı hissəsində müsəlman tarixini göstərərdiniz! Bu tarix mübarək Ramazan ayında, əsasən də bayramla əlaqədar olaraq bizə daha çox lazım olur.
 Cavab: Əleykum salam! Diqqətinizə görə təşəkkür edirik. Müsəlman təqvimi artıq hazırlanıb və tez bir zamanda saytda yerləşdiriləcək.


□ Salam aleykum. Sual göndərə bilmirik. Saytda problem var?
 Cavab: Əleykum salam. Saytda heç bir problem yoxdur. Suallarınızı göndərə bilərsiniz.


□ Salam! Hər vaxtınız xeyirli, uğurlu olsun! Sizin saytınızı çox bəyəndim. Amma sualıma hələ də cavab almamışam. Xahiş edirəm ki, suallarımızı tez cavablandırasınız. Çox sağ olun. Allah hər birinizdən razı olsun!
 Cavab: Əleykum salam! Diqqətinizə görə təşəkkür edirik. Suallarınız tez bir zamanda cavablandırılacaq. Çox sağ olun.


□ Mehriban və bağışlayan Allahın adı ilə! Salam əleykum! Ağa, sizinlə görüşmək mənim ən böyük arzumdur. Amma bilmirəm, görəsən, mənim kimi günahkar bir bəndənin sizin kimi böyük fəqih alimlə görüşməsi mümkündürmü? Xahiş edirəm, mənim bu istəyimi nəzərə alasınız. Əvvəlcədən təşəkkür edirəm. Sizin mübarək hüzurunuzda olmaq ümidiylə!
 Cavab: Əleykum salam! Diqqətinizə görə minnətdarıq. İstəyiniz lazımi ünvana çatdırılıb və İnşaallah, nəzərə alınacaq.